Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Co Bayden dəri xərçəngi hüceyrələrinin çıxarılması üçün daha bir əməliyyat keçirib.
Trend xəbər verir ki, Baydenə dəri xərçənginin ən çox rast gəlinən formalarının müalicəsində tətbiq edilən Mohs əməliyyatı icra olunub. Onun prosedurdan sonra vəziyyətinin stabil olduğu və yaxşılaşdığı bildirilib.
Əməliyyatın dəqiq tarixi açıqlanmasa da, ötən ay Baydenin başında böyük tikişlərin göründüyü fotolar mətbuatda dərc edilmişdi.
Xatırladaq ki, 2023-cü ilin martında Bayden bədxassəli dəri lezyonunun çıxarılması üçün əməliyyat olunmuşdu. Bu il isə keçmiş prezidentə sümüklərə yayılmış aqressiv prostat xərçəngi diaqnozu qoyulub.
Mövcud prezident Donald Tramp isə Baydenin diaqnozunun indi açıqlanmasına şübhə etdiyini, mümkün ört-basdırdan danışaraq, eyni zamanda siyasi rəqibini dəstəklədiyini bəyan edib.