Bakı. Trend:
"Mançester Yunayted"in niderlandlı müdafiəçisi Tayrell Malasia yaxın vaxtlarda klubdan ayrılacaq.
Trend xəbər verir ki, baş məşqçi Ruben Amorim 26 yaşlı futbolçunun xidmətlərində maraqlı deyil.
Malasianın "Elçe"yə keçidi son anda baş tutmayıb. Bununla belə, Premyer Liqa klubu sol cinah müdafiəçisini transfer pəncərəsi hələ açıq olan Türkiyə və Səudiyyə Ərəbistanı klublarına icarəyə vermək variantını nəzərdən keçirir.
Xatırladaq ki, Malasia 2022-ci ilin yayında PSV-dən "Mançester Yunayted"ə transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında sabiq klubunda keçirib.