...

Venesuela narkotik tranzitini tamamilə bağlayacaq - Maduro

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 07:42 (UTC +04:00)
Venesuela narkotik tranzitini tamamilə bağlayacaq - Maduro
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro ölkə ərazisində koka plantasiyalarının və narkotik laboratoriyalarının olmadığını, yaxın gələcəkdə isə narkotik tranzitinin tamamilə dayandırılacağını açıqlayıb.

Trend xəbər verir ki, dövlət başçısı bu barədə "Venezolana de Televisión" telekanalının efirində bildirib.

“BMT-nin və bir sıra ölkələrin ekspert yoxlamasından keçən hesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından və kokain laboratoriyalarından azaddır. Biz tezliklə narkotiklərin tranzitini tamamilə bağlayacağıq”, – Maduro vurğulayıb.

Onun sözlərinə görə, hazırda Cənubi Amerikadan gələn kokainin 87 faizi Kolumbiya, Ekvador və Perudan Sakit okean istiqamətində, 8 faizi Kolumbiyanın La Quajira departamentinin Karib sahilləri ilə, cəmi 5 faizi isə Venesuela üzərindən daşınmağa cəhd edilib. Bu marşrut üzrə narkotiklərin 70 faizi ələ keçirilib.

Maduro həmçinin bildirib ki, son illərdə narkotik ticarəti üçün istifadə edilən 402 təyyarə zərərsizləşdirilib və yaxın vaxtlarda ölkənin üzərindən tranzitin tamamilə qarşısı alınacaq.

Xəbər lenti

Xəbər lenti