...

ABŞ administrasiyası USMCA ticarət sazişinə yenidən baxmağa hazırlaşır

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 06:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası yaxın vaxtlarda ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişi (USMCA) üzrə yenidən baxılma prosesinə başlayacaq.

Trend xəbər verir ki, The Wall Street Journalın məlumatına görə, ABŞ Ticarət Nümayəndəsi oktyabrın 4-dən gec olmayaraq saziş üzrə ictimai məsləhətləşmələrə start verəcək. Proses bir neçə ay davam edəcək və bu müddətdə biznes qurumlarının, həmkarlar ittifaqlarının rəyləri toplanacaq, ictimai dinləmələr keçiriləcək. 2026-cı ilin yanvarında isə Konqresə hesabat təqdim olunmalıdır.

Sazişə tərəf olan ölkələrin nümayəndələrinin üçtərəfli görüşü iyulun 1-dək baş tutmalıdır.

Məlumata görə, Ottava və Vaşinqton avqustun 1-dək ticarət razılaşmasına nail ola bilmədikdən sonra Donald Tramp bəzi Kanada mallarına tətbiq edilən tarifləri 25%-dən 35%-ə qaldıran fərman imzalayıb. ABŞ lideri həmçinin bildirib ki, Kanadanın Fələstini tanımaq niyyəti fonunda yeni ticarət razılaşması əldə etmək onun üçün “çox çətin” olacaq.

Kanada isə aylardır ABŞ-la razılaşmaya nail olmaq üçün uğursuz cəhdlər göstərir.

Xəbər lenti

Xəbər lenti