...

Universitetlərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat prosesi bu tarixdə başlayır

Cəmiyyət Materials 5 Sentyabr 2025 12:32 (UTC +04:00)
Universitetlərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat prosesi bu tarixdə başlayır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr saat 11:00-da start veriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 15 sentyabr saat 18:00-da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti