Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp bu gecə Bakı vaxtı ilə 00:00-da bəyanatla çıxış edəcək. Müraciətin bir çox yerli televiziya kanalları ilə canlı yayımlanacağı gözlənilir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ağ Ev rəhbərinin hansı mövzuda bəyanat verəcəyi barədə məlumat verilmir.
Bundan əvvəl Tramp, yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağını bildirmişdi.