Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Sabunçu qəsəbə sakininə məxsus evdən 3780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.