...

Çin eksperimentlər üçün nəzərdə tutulan süni peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 14:29 (UTC +04:00)
Çin eksperimentlər üçün nəzərdə tutulan süni peykini orbitə çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin kosmik məkanı müşahidə etmək və texnoloji eksperimentlər aparmaq təyinatı olan “Shiyan-29” süni peykini uğurlu şəkildə orbitə çıxarıb.

Trend xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyası məlumat yayıb.

Buraxılış Pekin vaxtı ilə saat 10:34-də (Bakı vaxtı ilə 06:34) ölkənin cənub-qərbində, Sıçuan əyalətində yerləşən Siçan kosmodromundan həyata keçirilib. Peykin orbitə çıxarılması üçün CZ-3C/YZ-1 raket daşıyıcısından istifadə olunub. “Çançjen” (“Uzun yürüş”) seriyasına aid bu buraxılış sayca 592-ci olub.

Dörd mərhələli CZ-3C/YZ-1 raketinin örtük diametri 4,2 metr, ümumi uzunluğu isə 55,6 metrdir. O, yerətrafı orbitə 7,5 tonadək faydalı yük çıxarmaq imkanına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti