...

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

İqtisadiyyat Materials 5 Sentyabr 2025 15:10 (UTC +04:00)
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 5-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7,00 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti