...

Kamçatkada sərnişin təyyarəsi qəza enişi edib

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 12:29 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamçatkada 30 sərnişin daşıyan An-26 təyyarəsi qəza enişi edib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İlkin məlumata görə, qəza enişinə mühərrik nasazlığı səbəb olub.

“Kamçatka aviaşirkətinə məxsus An-26 təyyarəsi yarımadanın paytaxtından — Osmotra — Tiliçiki marşrutu üzrə uçuşa qalxmışdı, lakin məcburiyyət qarşısında qalaraq geri dönüb. Təyyarə uğurla enib, xəsarət alan yoxdur”, — deyə məlumatda bildirilir.

Hazırda insidentin səbəblərini müəyyənləşdirmək üçün yoxlama aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti