...

Messi vida matçında dubl edib

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 11:43 (UTC +04:00)
Messi vida matçında dubl edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın futbol üzrə milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində Venesuela komandası üzərində qələbə qazanıb. Bu matçın Messinin futbol karyerasında yığmada oynayacağı son oyun olduğu bildirilir.

Trend xəbər verir ki, Buenos Ayresdə keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.

Hesabı Lautaro Martines açıb, daha sonra Lionel Messi dublunu rəsmiləşdirib — bu, onun yığmanın heyətində vurduğu 113-cü və 114-cü qollarıdır. Messi het-trik də edə bilərdi, lakin 89-cu dəqiqədə vurduğu qol ofsayd səbəbindən hakim tərəfindən ləğv edilib

“Burada bu şəkildə sona çatdırmaq mənim hər zaman arzum olub, bu meydanda çox şeylər yaşamışam – həm yaxşı, həm də o qədər də yaxşı olmayan. Amma Argentinada, azarkeşlərimizin qarşısında oynamaq həmişə mənə böyük şövq gətirib.”,-deyə Messi bildirib.

Əvvəllər 38 yaşlı Messi bu qarşılaşmanın onun vətəndə milli komanda ilə çıxış etdiyi son oyun ola biləcəyini söyləmişdi. Görüşdən əvvəl azarkeşlər tribunada “Hər şeyə görə təşəkkürlər, kapitan” yazılmış banner açdılar. Messinin oyunöncəsi meydana çıxarkən oğlanları — Tyaqo, Mateo və Çiro da onunla birgə idi. Onlar ataları ilə birlikdə Argentina və Venesuela himnlərinin səsləndirilməsi zamanı meydanda olublar.

Qeyd edək ki, Messinin vida matçını seyr etmək üçün Buenos Ayresın arenasına 85 minə yaxın azarkeş toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti