...

Bu ilin səkkiz ayında 151 yeni dövlət standartı təsdiqlənib

İqtisadiyyat Materials 5 Sentyabr 2025 11:31 (UTC +04:00)
Bu ilin səkkiz ayında 151 yeni dövlət standartı təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar–avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 151 yeni dövlət standartını təsdiqləyib.

Trend AZSTAND-a istinadla xəbər verir ki, dövlət standartları Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə əsasən, ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərin icrası məqsədilə prioritet istiqamətlərə dair qəbul edilmiş dövlət proqramlarında yer alan tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər də nəzərə alınmaqla qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Qeyd edək ki, 8 ayda qida texnologiyası və kənd təsərrüfatı üzrə 38, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 27, neft-qaz və əlaqəli texnologiyalar üzrə 17, ətraf mühit üzrə 10, nəqliyyat sahəsi üzrə 7, idarəetmə və keyfiyyət üzrə 5, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 2, tekstil və dəri texnologiyası üzrə 16, əməyin təhlükəsizliyi sahəsi üzrə 17, metrologiya, ölçmə sistemləri və cihazlar üzrə 1 dövlət standartı qəbul edilib.

Hesabat dövründə 60 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 52 dövlət standartı ləğv edilib. Eyni zamanda, sahibkarların sifarişi əsasında 86 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti