...

Şahbuzda istirahət mərkəzində ölən şəxslərin adları məlum olub

Hadisə Materials 5 Sentyabr 2025 11:07 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şahbuzda istirahət mərkəzində su üzərində olan - əldə hazırlanmış platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.

Trend xəbər verir ki, hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciə baş verib. İstirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.

İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti