...

Belarus "casus" qalmaqalına görə Polşaya nota verib

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 15:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Kşiştof Ojannu, iddiaya görə, Qjeqoj Qavel adlı vətəndaşın Belarus ərazisində casusluq fəaliyyəti göstərməsi məsələsi ilə əlaqədar ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Belarus XİN-in rəsmi saytında məlumat yayılıb.

Məlumata əsasən, görüş zamanı polşalı diplomata etiraz notası təqdim olunub.

“Polşa diplomatına belə hərəkətlərin yolverilməzliyi, onların mehriban qonşuluq prinsiplərini kobud şəkildə pozduğu və ikitərəfli münasibətlərə ciddi zərər vurduğu qeyd edilib. Polşa tərəfi baş vermiş hadisəyə hüquqi qiymətin veriləcəyi ilə bağlı rəsmi Minsk tərəfindən məlumatlandırılıb”, – XİN-dən bildiriblər.

Nazirlik əlavə edib ki, Belarus tərəfi Polşanı respublikanın milli təhlükəsizliyinə təhdid yaradan addımlardan çəkinməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti