...

Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2025 10:25 (UTC +04:00)
Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti “Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları”nda iştirak etmək məqsədilə Özbəkistan Respublikasında səfərdə olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi müzakirə edilib.

Səfər çərçivəsində, həmçinin Çimqan Dağçılıq Təlim Mərkəzi ziyarət olunub.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da cəlb olunduğu “Dağ döyüşçüsü kursu”nun buraxılış mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti