...

“Hyundai”ın Amerikadakı zavodunda yüzlərlə qanunsuz miqrant saxlanılıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 09:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Hyundai” şirkətinin Amerika Birləşmiş Ştatlarının Corciya ştatının Brayan dairəsində yerləşən akkumlyator zavodunda aparılan iri miqyaslı əməliyyat zamanı 450-ə yaxın qanunsuz miqrant saxlanılıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Spirtl içkilər, tütün məmulatları, odlu silahlar və partlayıcı maddələrə nəzarət bürosunun mətbuat xidməti məlumat yayıb.

Aparılan əməliyyatda Daxili Təhqiqatlar Xidməti, Federal Təhqiqatlar Bürosu (FBI) , Narkotiklərlə Mübarizə İdarəsi (DEA), Gömrük və sərhəd nəzarəti xidməti (ICE) və Corciya ştat polis idarəsinin əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti