Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,0 faiz artaraq 831,0 min, nəfər təşkil edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,4 faiz artaraq 56,2 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,9 faiz artaraq 228,2 min olub.