...

Bakıda saxlanılan Rusiya vətəndaşları bu yaxınlarda ailə üzvləri ilə görüşüb - Ombudsman Aparatı

Cəmiyyət Materials 5 Sentyabr 2025 12:53 (UTC +04:00)
Bakıda saxlanılan Rusiya vətəndaşları bu yaxınlarda ailə üzvləri ilə görüşüb - Ombudsman Aparatı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda saxlanılan Rusiya vətəndaşları bu yaxınlarda ailə üzvləri ilə görüşüb.

Bu barədə Trend-ə Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə bu məsələ Milli preventiv qrupun nümayəndələrinin nəzərində saxlanılır.

“Bu qrup onların ailə üzvlərini aparatda qəbul edir, daxil olan müraciətlərə vaxtında və qanunvericilik çərçivəsində baxılır və icazə verilir, lazım olduqda yardım göstərilir. Onların yaxınları ilə növbəti görüşü bu günlərdə keçirilib”, - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından əlavə edilib.

Xatırladaq ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti