...

ABBA qrupu İsveçin irs siyahısına düşə bilmədi

Mədəniyyət Materials 5 Sentyabr 2025 10:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin məşhur ABBA pop-qrupu İsveç hökumətinin yenilədiyi mədəni irs siyahısına salınmayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Siyahıya ölkənin mədəniyyətinə təsiri olmuş mədəniyyət və incəsənət xadimlərinin, müxtəlif institutların və məhsulların adları o cümlədən,

İnqmar Berqmanın 1957-ci ildə çəkdiyi “Yeddinci nəşr” filmi, uşaq kitablarının qəhrəmanı Peppi, Nobel mükafatı, IKEA mebel şirkəti daxil edilib.

ABBA-nın siyahıya daxil edilməməsinə əsas o olub ki, siyahıda yer “irslərin” azı 50 illik tarixi olmalıdır.

Siyahının tərtib olunması İsveçin sağ-mühafizəkar hökumət koalisiyasının seçki proqramının bir hissəsi idi. Nobel mükafatını təqdim edən İsveç Akademiyasında isə bu siyahı tənqid olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti