...

Rəqəmsallaşma ilə bağlı yeniləmələr təhlükəsizlik riski və boşluqları yaradır – Rəis müavini

Cəmiyyət Materials 5 Sentyabr 2025 10:40 (UTC +04:00)
Rəqəmsallaşma ilə bağlı yeniləmələr təhlükəsizlik riski və boşluqları yaradır – Rəis müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların fərdi məlumatlarının qorunması, xüsusən də məlumatlara sanksiyasız giriş imkanları ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bu ilin birinci yarısında 34 dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq aşkarlanıb.

Trend xəbər verir ki, bunu XRİTDX-nin rəis müavini Allahverən İsmayılov “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

Rəis müavini bildirib ki, rəqəmsallaşma ilə bağlı dövlət informasiya sistemlərində davamlı olaraq həyata keçirilən yeniləmələr özləri ilə bərabər yeni təhlükəsizlik riskləri və boşluqları da yaratmaqdadır.

“Əlbəttə, mübarizə təkcə müdafiə ilə bitmir. Biz yeniliklərə də açıq olmalıyıq. Bu gün “ağıllı şəhərlər”, süni intellekt, açıq mənbə kodlu həllər dövlət idarəçiliyində yeni imkanlar yaradır. Amma,eyni zamanda yeni təhlükələr də gətirir. Xüsusilə, kritik infrastrukturlara qarşı kibermüharibə ssenarilərinin müzakirə olunması artıq nəzəriyyə deyil, real təcrübənin nəticəsidir”, - deyə A.İsmayılov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti