Bakı. Trend:
2025-ci ilin səkkiz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 344 nəfər qəbul edilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.
"Həkimlərin səylərinə baxmayaraq 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb",- deyə əlavə edib.