...

Qazaxıstanda rekord miqdarda kokain partiyası ələ keçib

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 15:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın xüsusi xidmət orqanları keçirilən xüsusi əməliyyat nəticəsində 13 tondan artıq kokain ələ keçirib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.

“MTK tərəfindən beynəlxalq narkotik qaçaqmalçılığı kanalının zərərsizləşdirilməsi üzrə çoxmərhələli əməliyyat həyata keçirilib. Belə ki, vaxtında görülən tədbirlər nəticəsində Almatı şəhərində respublika tarixində ilk dəfə olaraq bir dəfəyə – 13 ton 183 kiloqram kokain müsadirə olunub”, – deyə cümə günü yayılan məlumatda bildirilir.

Qeyd olunur ki, cinayətkarlar bu yükü Qazaxıstan üzərindən tranzitlə üçüncü ölkələrə daşımaq istəyirmiş.

“Narkokanalın təşkilində şübhəli bilinən iki xarici ölkə vətəndaşı saxlanılaraq həbs edilib. Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü bəndi (narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının qanunsuz olaraq əldə edilməsi, saxlanılması, satmaq məqsədilə daşınması, göndərilməsi və ya satışı) üzrə istintaq aparılır”, - deyə MTK-nın bəyanatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti