...

Bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 5 Sentyabr 2025 15:16 (UTC +04:00)
Bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır (tam bağlanma nəzərdə tutulmur):

"7 sentyabr 2025-ci il tarixindən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;

7 sentyabr 2025-ci il, saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində).

Bu səbəbdən, sürücülərdən parılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.

Yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti