...

ABŞ iki süni peykini söndürəcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 15:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası xərclərin azaldılması məqsədilə iqlim dəyişikliyinin monitorinqini aparan iki peyki söndürməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazır.

Nəşrin məlumatına görə, söhbət yaradılması üçün 800 milyon dollardan çox vəsait xərclənmiş “Orbiting Carbon Observatory” missiyasının peyklərindən gedir.

Yanvarda dərc olunan hökumət hesabatında aparatların “ideal vəziyyətdə” olduğu deyilir. Qeyd olunur ki, peyklərin hələ 10 ildən çox istismar potensialı var.

Qəzet xatırladır ki, may ayında Tramp administrasiyası NASA-nın 2026-cı il büdcəsini 25% azaltmağı, həmçinin, Yer və iqlim öyrənilməsinə çəkilən xərcləri iki dəfə ixtisar etməyi təklif edib. Qeyd olunur ki, oxşar ixtisarlar digər elmi qurumlarda da planlaşdırılır.

Nəşrin yazdığına görə, iki “Orbiting Carbon Observatory” missiyası peyki planetin isinməsinə səbəb olan əsas istixana qazı – karbon qazının dəqiq qlobal ölçmələrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti