...

Bakıda memarlıq abidəsində icazəsiz quraşdırılan metal konstruksiyalar sökülür (VİDEO)

Cəmiyyət Materials 5 Sentyabr 2025 13:31 (UTC +04:00)
Bakıda memarlıq abidəsində icazəsiz quraşdırılan metal konstruksiyalar sökülür (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalarla bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə bildirilib ki, hazırda məsələ Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarətindədir.

Vurğulanıb ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən (inventar nömrəsi 2985), bu bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən həmin icazəsiz metal konstruksiyalar sökülür. Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür.

“Gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq.

Bu istiqamətdə bizə dəstək olan və vaxtında məlumat verən vətəndaşlarımıza təşəkkür edirik. Birgə səylərimiz sayəsində şəhərimizin mədəni irsi daha etibarlı şəkildə qorunacaq”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti