...

Yaponiyada tayfundan azı 24 nəfər yaralanıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 16:43 (UTC +04:00)
Yaponiyada tayfundan azı 24 nəfər yaralanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Sidzuoka prefekturasında tayfun nəticəsində azı 24 nəfər xəsarət alıb, 40 ev və tikili qismən və ya tamamilə dağılıb.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlar prefekturanın dörd şəhər və qəsəbəsində qeydə alınıb. Güclü küləklər səbəbindən bir neçə avtomobil aşıb. Elektrik xətləri zədələnib, təxminən 15 min ev işıqsız qalıb.

Tayfun və onun törətdiyi leysan yağışları bölgədə avtomobil və dəmiryolu nəqliyyatında da fasilələrə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti