Ağbənd. Trend:
Horadiz–Ağbənd dəmir yolunun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq.
Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Horadiz–Ağbənd dəmir yolu üzrə tikinti işləri 3 mərhələdə həyata keçirilir: "259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb.
Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir".
"İşlər başa çatdıqda illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq", - deyə B. Hacıyev vurğulayıb.