...

Fransada terror planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 17:19 (UTC +04:00)
Fransada terror planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada polis terror aktı hazırlamaqda şübhəli bilinən 17 yaşlı gənci saxlayıb.

Trend bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

Onun İŞİD adından bir neçə obyektə - məktəblərə, səfirliklərə, KİV-ə qarşı zorakı hərəkətlər planlaşdırdığı güman edilir.

Məlumata görə, yeniyetmə internetdə radikal təbliğatın təsiri altına düşüb. Həmçinin, bildirilir ki, o, rayon polis şöbələrinə hücum imkanını da nəzərdən keçirib.

Zərərçəkənin evində aparılan axtarış zamanı ekstremist qruplaşmaya sədaqət andı aşkarlanıb. Bundan əlavə, mətnin tərkibində Qəzza sektorundakı silahlı münaqişə və humanitar vəziyyətə də istinad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti