...

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib

İdman Materials 5 Sentyabr 2025 17:56 (UTC +04:00)
Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Trend xəbər verir ki, Səidcəmşid Cəfərov ilk döyüşündə rəqibi üstələyib. 75 kiloqramda mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib.

Hər üç raundu aktivinə yazan S.Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.

O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək.

Qeyd edək ki, döyüş sentyabrın 9-da olacaq.

Xəbər lenti

Xəbər lenti