...

Bu ölkədə “arıların hücumuna” görə futbol matçı dayandırılıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 17:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tanzaniyada Kvaraa stadionunda keçirilən futbol üzrə yoldaşlıq matçı arıların meydana dolması ilə əlaqədar dayandırılıb

Trend xəbər verir ki, bu barədə “Afrizum” nəşri yazır.

Nigeriyanın “Siti Abuca” klubu ilə Zənzibarın “DJKU” klubu arasında keçirilən matç oyunun 78-ci dəqiqəsində yarımçıq qalıb.

Stadion yaxınlığındakı ağacdan qalxan arı sürüsü meydanın üzərində uçuşmağa başlayıb. İş o həddə çatıb ki, oyunçular, o cümlədən, hakim briqadası arı hücumundan qorunmaq üçün qazona uzanmağa məcbur qalıb.

Bir neçə dəqiqədən sonra, sürünün dağılışmasının ardından hər iki komanda matçı hər hansı başqa insident yaşanmadan davam etdirib. Oyun 2:1 Nigeriya klubunun xeyrinə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti