...

Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər davam etdirilir (FOTOREPORTAJ)

İqtisadiyyat Materials 5 Sentyabr 2025 18:30 (UTC +04:00)
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər davam etdirilir (FOTOREPORTAJ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Ağbənd. Trend:

Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər uğurla davam etdirilməkdədir.

Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, ümumi uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) olan dəmir yolu xəttinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.

Belə ki, artıq Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 84, tikinti-quraşdırma işlərinin 67 faizi yekunlaşdırılıb.

Marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub.

Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb.

Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir.

Azərbaycanın ən uzun dəmir yolu tunelinin (1071 metr) inşası da elə məhz bu layihə çərçivəsində uğurla icra edilməkdədir.

Layihə üzrə görülən işlərlə bağlı fotoreportajı təqdim edirik:

Xəbər lenti

Xəbər lenti