Bakı. Trend:
Avstraliyanın Sidney şəhəri yaxınlığında yerləşən çimərlikdə köpəkbalığı 50 yaşlarında olan bir kişini parçalayıb.
Trend xəbər verir ki, bu barədə “The Independent” yazır.
İnsident barədə məlumat daxil olduqdan sonra Lonq Rif çimərliyinə təcili tibbi yardım dəstələri göndərilib . Sörfinqlə məşğul olan zaman dəniz yırtıcısının hücumuna məruz qalmış kişi sudan ağır yaralı vəziyyətdə çıxarılsa da, çox keçmədən sahildə canını tapşırıb.
Hadisə ilə əlaqədar çimərlik bağlanıb, köpəkbalığının yerinin müəyyənləşdirilməsi üçün dronlarla axtarışa başlanılıb.