...

Baş prokuror Yasamalda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 5 Sentyabr 2025 19:35 (UTC +04:00)
Baş prokuror Yasamalda vətəndaşları qəbul edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, sentyabrın 5-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti