Bakı. Trend:
Braziliya rəhbərliyi beynəlxalq vəziyyətin pisləşməsi ilə əlaqədar gələcəkdə nüvə texnologiyasından hərbi sahədə istifadəni nəzərdən keçirə bilər.
Trend-in məlumatına görə, bu barədə ölkənin mədən və energetika naziri Aleksandr Silveyra bildirib.
"Bu [nüvə] texnologiyanın, o cümlədən müdafiə məqsədləri üçün istifadə planlarına yenidən baxılmalıdır", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silva nüvə proqramı olmadan ölkənin suverenliyini müdafiə etməyi bacarıb, lakin “Braziliya gələcəkdə özünü xarici təhlükələrdən qorumaq üçün nüvə texnologiyasına ehtiyac duya bilər”.