Bakı. Trend:
Sentyabrın 5-də Serbiyada ölkə hakimiyyətinə qarşı keçirilən etiraz aksiyalarında 9 mindən çox insan iştirak edib.
Trend-in məlumatına görə, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç deyib.
"Serbiyada hökumətə qarşı etiraz edənlərin sayı 9380 nəfər - 10 mindən az olub. Novi Sadda, Daxili İşlər Nazirliyinin məlumatına görə, 7020 iştirakçı toplaşıb. Ümumiyyətlə, Novi Sad istisna olmaqla, etirazlar sakit və insidentsiz keçib. Orada Avropa Parlamentinin nümayəndələrinin iştirakı ilə bir qrup balaklavalı insan nəyin bahasına olursa olsun fəlsəfə fakültəsinin binasını zəbt etməyə cəhd edib. Ancaq buna nail ola bilmədilər: polis öz işini gördü, son dərəcə peşəkar hərəkət edib", - deyə Serbiya prezidenti qeyd edib.
Onun sözlərinə görə, hazırda fakültə binasının qarşısında dayanan 11 polis əməkdaşı yaralanıb.
"Artıq bir neçə nəfər saxlanılıb, onların sayı onlarla hesablanacaq", - deyə A.Vuçiç əlavə edib.