...

Bakı Kənar Dairəvi yolda qəza (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 5 Sentyabr 2025 20:49 (UTC +04:00)
Bakı Kənar Dairəvi yolda qəza (FOTO/VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

xxx

19:58

Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda qəza olub.

Trend xəbər verir ki, sözügedən yolda iki minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub.

Qəzaya görə yolda sıxlıq yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Xəbər lenti

Xəbər lenti