Bakı. Trend:
Rusiyanın Moskva şəhərində Tretyakov qalereyasının ərazisində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə qalereyanın mətbuat xidnəti bildirib.
"Lavruşinski zolağında Tretyakov qalereyasının ərazisindəki binanın zirzəmisində yerləşən "Rosseti" şirkətinin yarımstansiyasının panelində qısaqapanma və kabelin zədələnməsi nəticəsində güclü tüstü yaranıb. Yanğın və açıq yanma yoxdur, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Rosseti-nin mütəxəssisləri işləyir. Ölən və yaralanan yoxdur", - deyə bildirilib.
Bundan əvvəl fövqəladə hallar xidmətləri Tretyakov Qalereyasının Mühəndislik Binasında elektrik kabelində yanğın baş verməsi barədə məlumat vermişdi. Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin məlumatına görə, binadan 11 nəfər təxliyə edilib.