...

Kürdəmirdə şadlıq sarayında yanğın olub

Hadisə Materials 6 Sentyabr 2025 07:55 (UTC +04:00)
Kürdəmirdə şadlıq sarayında yanğın olub

Bakı. Trend:

Kürdəmir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırdapay kəndində ümumi sahəsi 1400 m² (1-ci mərtəbəsi 600 m², 2-ci mərtəbəsi 800 m²) olan ikimərtəbəli şadlıq sarayının sahəsi 20 m² olan təsərrüfat otağında 1 ədəd elektrik lövhəsi, 1 ədəd səsgücləndirici qurğu, 1 ədəd işıq tənzimləyicisi və 10 m² sahədə yığılan plastik qablar yanıb. Şadlıq sarayı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti