Bakı. Trend:
2026-cı il "G20" Sammiti ABŞ-nin Florida ştatının Mayami şəhərində keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“2026-cı il sammiti gözəl Mayami şəhərində baş tutacaq”, - deyə o, Ağ Evdə jurnalistlərə bildirib.
Tramp qeyd edib ki, ABŞ-ın maliyyə naziri Skott Bessent bu sammitin gündəliyini hazırlamaq üzərində işləyir.
Eyni zamanda, CBS telekanalı qeyd edib ki, sammitin Trampın Mayami yaxınlığındakı qolf klubunda keçirilməsi planlaşdırılır.
Amerika KİV-lərinin məlumatına görə, sammit 2026-cı il dekabrın 14-15-nə planlaşdırılıb.