Bakı. Trend:
OPEC+ sazişinin liderlərindən biri olan Səudiyyə Ərəbistanı, bazar payının bərpası üçün "OPEK plyus" iştirakçıları tərəfindən neft hasilatının sürətlə artırılmasını təşviq edir.
Trend--in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
Səkkiz "OPEK plyus" ölkəsinin sutkada 2,2 milyon barrel olan məhdudiyyət tranşlarından biri cari ilin aprelindən sentyabr ayına qədər sürətlə bazara qaytarılıb. Hazırda 2026-cı ilin sonuna qədər sutkada 1,65 milyon barel məhdudiyyəti qüvvədədir.