Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Venesuelada narkotik kartelinin hədəflərinə zərbə endirmək ehtimalını nəzərdən keçirir, çünki bunun Venesuela prezidenti Nikolas Maduronu zəiflədəcəyinə inanır.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
"Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi zərbələr endirmək üçün bir sıra variantları, o cümlədən ölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir", - deyə telekanal administrasiyanın planları ilə tanış olan çoxsaylı mənbələrə istinadən bildirib.
Vaşinqton hesab edir ki, bu cür hərəkətlər “lider Nikolas Maduronu zəiflətməyə yönəlmiş daha geniş strategiya çərçivəsində” faydalı olacaq.