...

Böyük Britaniyanın kral ailəsinin ən yaşlı üzvü vəfat etdi

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 19:54 (UTC +04:00)
Böyük Britaniyanın kral ailəsinin ən yaşlı üzvü vəfat etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada mərhum kraliça II Yelizavetanın gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə Bukingem sarayı açıqlama yayıb.

“Dərin hüznlə Bukingem sarayı əlahəzrət Kents hersoginyasının vəfatını elan edir”, - deyə sarayın rəsmi bəyanatında deyilir.

Qeyd olunur ki, Kent hersoginyası 5 sentyabr gecəsi ailəsinin əhatəsində vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.

Hersoginya Ketrin kral ailəsinin ən yaşlı üzvü idi. O, mərhum kraliça II Yelizavetanın əmisi oğlu, Kent hersoqu şahzadə Edvardla evli idi. Ketrin həyatı boyu musiqiyə böyük maraq göstərirdi. O, Hol şəhərində ibtidai məktəbdə musiqi fənnindən dərs deyirdi və şagirdlər onun kral ailəsinə mənsub olduğunu bilmirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti