Bakı. Trend:
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Trend-in məlumatına görə, Fernandu Santuşun başçılıq etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olub. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda oynanılan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları Viktor Palsson, İsak Yohannesson (2), Albert Qudmundsson və Daniel Leo Qretarssonn vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 9-da Bakıda Ukrayna yığmasına qarşı keçirəcək.
xxx
00:29
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyunu keçirilir.
Trend-in məlumatına görə, İslandiya millisi növbəti dəfə fərqləniblər - 5:0.
Meydan sahiblərinin heyətində 5-ci qolu Kristin Hlinsson (73) vurub.
xxx
00:16
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda daha iki qol vurulub.
Trend-in məlumatına görə, İslandiya millisinin heyətində İsak-Berqman Youxanneson (56-ci dəqiqə) və Albert Qvyudmyundson fərqləniblər.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.
xxx
00:01
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Trend-in məlumatına görə, ikinci hissəsinin 47-ci dəqiqəsində İslandiya millisinin futbolçusu İsak-Berqman Youxanneson fərqlənib.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.
xxx
22:52
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyunu başlayıb.
Trend-in məlumatına görə, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.