...

ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək - Tramp

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 00:06 (UTC +04:00)
ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Aİ-nin ABŞ-nin "Google" şirkətini 3,5 milyard dollar cərimələmək qərarına cavab olaraq tədbir görməyə məcbur olacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu gün Avropa başqa bir böyük Amerika şirkəti olan "Google"u 3,5 milyard dollar cərimə ilə zərbə vurub və fakitiki olaraq Amerika sərmayəsinə və iş yerlərinə gedəcək pulları əlindən aldı", - deyə o bildirib.

"Biz bunun parlaq və misli görünməmiş Amerika ixtiraçılığı ilə baş verməsinə icazə verə bilmərik və bu baş verərsə, mən vergi ödəyən bu Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsiz cəzaları neytrallaşdırmaq üçün [1974-cü il Ticarət Aktının] 301-ci bölməsi üzrə icraat başlatmağa məcbur olacağam", - deyə D.Tramp qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti