...

Avropa Komissiyası "Google"u 2,95 milyard avro cərimələyib

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 21:24 (UTC +04:00)
Avropa Komissiyası "Google"u 2,95 milyard avro cərimələyib

Bakı. Trend:

Avropa Komissiyası ABŞ-nin "Google" korporasiyasına Avropa İttifaqının reklam bazarında yol verdiyi sui-istifadələrə görə 2,95 milyard avro məbləğində cərimələyib.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının açıqlamasında bildirilib.

"omissiya əmtəə və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarında dominant mövqeyindən sistematik şəkildə sui-istifadə etdiyinə görə "Google"u 2,95 milyard avro məbləğində cərimələmək qərarına gəlib", - deyə qeyd olunub.

Avropa Komissiyası vurğulayıb ki, "Google"un Avropa rəqəmsal reklam bazarında monopoliyası ona reklam xidmətləri üçün həddindən artıq ödəniş etməyə imkan verir ki, bu da avropalı istehlakçılar üçün xərclərin artmasına və onlayn mal və xidmətlərin Avropa təchizatçılarının gəlirlərinin azalmasına səbəb olur. Bu, “Aİ-nin rəqabət qaydalarının birbaşa pozulmasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti