...

Tramp ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 00:48 (UTC +04:00)
Tramp ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyinə dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp fərmanı imzalamadan əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Düşünürəm ki, bu, xüsusilə dünyanın indiki vəziyyəti nəzərə alınmaqla daha uyğun bir addır", - deyə o qeyd edib.

ABŞ prezidenti qeyd edib ki, Pentaqonun adının dəyişdirilməsinin mümkünlüyü “bir neçə aydır” müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti