...

Ukrayna ABŞ-dən ilk ERAM raketlərini oktyabrda ala bilər

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 02:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ bu ilin oktyabrında Ukraynaya ERAM (Extended Range Attack Munition) raketlərini təhvil verə bilər.

Trend-in məlumatına görə, bu barədə sentyabrın 5-də "Aviation Week & Space Technology" jurnalı məlumat yayıb.

Nəşr qeyd edib ki, Kiyev 3550-yə qədər raket almaq üçün icazə alıb, lakin ilk partiya çox güman ki, daha kiçik olacaq. Bildirilib ki, ilk 10 raketin oktyabrda təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, avqustun 28-də ABŞ Dövlət Departamenti Ukraynaya 825 milyon dollara 3000-dən çox ERAM idarəolunan raketlərin və müvafiq logistikanın satışına dair mümkün sazişi təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti