...

Alkaras ABŞ Açıq çempionatının yarımfinalında Cokoviçə qalib gəlib

İdman Materials 6 Sentyabr 2025 04:22 (UTC +04:00)
Alkaras ABŞ Açıq çempionatının yarımfinalında Cokoviçə qalib gəlib

Bakı. Trend:

İspaniyalı tennisçi Karlos Alkaras Nyu-Yorkda keçirilən ABŞ Açıq Böyük Dəbilqə tennis turnirinin yarımfinalında serbiyalı Novak Cokoviçə qalib gəlib.

Trend-in məlumatına görə, qarşılaşma 6:4, 7:6 (7:4), 6:2 hesabı ilə başa çatıb.

Dünya reytinqində Alkaras ikinci, Cokoviç yeddincidir.

Finalda K.Alkaras Yannik Sinner (İtaliya, 1) və Feliks Auger-Aliassime (Kanada, 27) arasındakı matçın qalibi ilə oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti