...

ABŞ və Avropa Komissiyası rəsmiləri neft alışını müzakirə edəcəklər

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 22:39 (UTC +04:00)

Bakı. Trend:

Yaxın gələcəkdə ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen arasında gözlənilən fikir mübadiləsi zamanı neft alışı müzakirə olunacaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo bildirib.

"Neft uzun müddətdir ki, Aİ-nin sanksiya paketlərinə daxil edilib və bu da öz təsirini göstərir. Rusiya neftinin Aİ-yə ixracı əhəmiyyətli dərəcədə azalıb. Bütün bunlar Rusiyanın hərbi iqtisadiyyatını zəiflətmək üçün alətlər dəstinin bir hissəsidir", - deyə mətbuat katibi Brüsseldə brifinq zamanı bildirib.

"Bu, sanksiyalarla bağlı daha geniş müzakirənin bir hissəsidir. Amma bütün bunlar Aİ-nin strategiyasına çox əvvəllər daxil edilib", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti