...

Bakıda yük maşını körpüdən aşıb (ƏLAVƏ EDİLİB) (VİDEO)

Hadisə Materials 6 Sentyabr 2025 10:22 (UTC +04:00)
Bakıda yük maşını körpüdən aşıb (ƏLAVƏ EDİLİB) (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, idarəetməni itirən yük maşını körpüdən avtomobillərin üzərinə aşıb.

Qəza nəticəsində yaralananların olduğu bildirilir.

xxx

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti